سحر سحر سئیره گلدیم یاز چاغی
باغی گؤردوم باتیب گوللر ایچینده
حزین بیر سس قولاغیمی اخشادی
قوش گوردوم اینلر بولبوللر ایچینده
آلدیم قلم یازام دفتره سؤزلر
اونومده سیراللاندی دره لر دوزلر
زیروه لردن آخدی چشمه لر سئللر
شاعیر گوردوم آغلیر شئعیرلر ایچینده
باخیردیم هر یانا گؤز گؤز اویاق
نه ال ترپه نیر نه یول گئدیر آیاق
چکیلبدی سدلر یول دونیب بولاق
گؤلوم گوردوم قورور گؤللر ایچینده
طبیمه یوخ دئدیم من جوشام گره ک
عشق آتشینده یانام آلیشام گره ک
جانانیلن قول بویون دانیشام گره ک
دیلیم گؤردوم یاساق دیللر ایچینده
***********
اوره یم شان شان گؤز یاشیم قانلی
سینه مده دویونور چوخ هیجانلی
های سالدی شعره اؤیانسین دارانلی
ائلیم گؤردوم یاتیب ائللر ایچینده
*******************************
Səhər səhər seyrə gəldim yaz çaği
Baği gördüm batıb gullər içində
Həzin bir səs qolağımı oxşadı
Guş gördüm inlər bulbullər içində
**************
Aldım qələm yazam dəftərə sözlər
Onumdə sıralandı dərələr duzlər
Zirvələrdən axdı çeşmələr sellər
Şair gördüm ağlar şeirlər içində
***************
Baxırdım hər yana göz göz oyaq
Nə əl tərpənir nə yol gedir ayaq
Çəkilibdi sədlər yol donub bulaq
Gölüm gördüm qurur göllər içində
***************
Təbimə yox dedim mən cöşam gərək
Eşq atəşində yanam alışam gərək
Cananılə qolboyun danışam gərək
Dilim gördüm yasaq dillər içində
**************
Urəyim şan-şan göz yaşım qanlı
Sinəmdə doyunur çox həyəçanlı
Hay saldı şirə oyansın daranlı
Elim gördüm yatıb ellər içində